Poçt bağlamasından 500-dən çox narkotik həb çıxdı — Xarici vətəndaş saxlanıldı
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılmasına cəhd ittihamı ilə xarici ölkə vətəndaşını saxlayıblar.
XEBER.GE xeber verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi ifşa etmək məqsədilə onun adına göndərilmiş bağlamanın nəzarətli çatdırılmasını həyata keçiriblər. Əməliyyat nəticəsində maddi sübut kimi xüsusilə külli miqdarda “buprenorfin” tərkibli 500-dən çox həb götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-260-cı maddəsi ilə istintaq aparılır. Bu maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.