Tbilisidə bir günlük nəqliyyat məhdudiyyəti

Nov 14, 2026 - 19:25
 0  1
Tbilisidə bir günlük nəqliyyat məhdudiyyəti

Tbilisi Meriyasının məlumatına görə, Şota Rustaveli prospektində aparılan reabilitasiya işləri ilə əlaqədar 15 noyabr saat 00:00-dan 16 noyabr saat 00:00-dək şəhərin mərkəzi küçələrində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

XEBER.GE xeber  verir ki, hərəkət Tamar Çovelidze küçəsinin döngəsində, eləcə də Merab Kostava küçəsində — Tamar Çovelidze kəsişməsindən Mixeil Cavaxişvili küçəsinədək olan hissədə tam dayandırılacaq. Bu müddətdə ərazidə asfalt örtüyünün üst qatları döşənəcək.

Məhdudiyyət müddətində sürücülər Mixeil Cavaxişvili küçəsi istiqamətində hərəkət etmək üçün Kakabadze qardaşları küçəsindən istifadə edə biləcəklər.

İctimai nəqliyyatın marşrut dəyişikliyi (1 günlük):

Avtobuslar (№301, 305, 306, 308, 309, 310, 314, 326, 331, 337, 342, 344, 345, 352, 358, 388, 397) və mikroavtobuslar (№472, 532, 540, 541) Melikişvili prospektindən hərəkət edərkən Qəhrəmanlar meydanı və Kürün sağ sahili vasitəsilə Barataşvili küçəsinə çıxacaq, oradan isə adi marşrutla sərnişinlərə xidmət göstərəcəklər.

№408 və №420 mikroavtobusları isə Tamar Çovelidze küçəsinə çıxmaq üçün Merab Kostava küçəsindən İakob Nikoladze küçəsinə qalxaraq daha sonra Petre Melikişvili prospekti ilə hərəkət edəcəklər.