Rövşən və Etibar İsgəndərovların növbəti məhkəməsi martın 17-də keçiriləcək

Seçki saxtakarlığında təqsirləndirilən Rövşən və Etibar İsgəndərovların növbəti məhkəməsi martın 17-si saat 15:00-da keçiriləcək.
Hazırda məhkəmə ittiham tərəfinin sübutlarını araşdırır.
Rövşən İsgəndərov Marneuli Bələdiyyə Məclisinin sədr müavini olub. İttiham tərəfinin iddiasına görə, o, Etibar İsgəndərovla 2024-cü il oktyabrın 26-da Sadaxlıda yerləşən 69 saylı seçki məntəqəsində seçkiləri saxtalaşdırmağa cəhd edib. Oktyabrın 26-da yayılan videoda Rövşən İsgəndərovun seçki qutusuna bülleten zərflərini atması, Etibar İsgəndərovun ona kömək etməsi əks olunub.
Rövşən və Etibar İsgəndərovlar oktyabrın 31-də həbs ediliblər. Onların barəsində həbs qətimkan tədbiri seçilib.
İsgəndərovlar Cinayət Məcəlləsinin seçki ilə bağlı sənədləri - seçici siyahılarını, protokolları, bülletenləri, qeydiyyat jurnallarını və nəzarət vərəqlərini qəsdən saxtalaşdırmanı nəzərdə tutan 164-cü maddəsi ilə ittiham olunublar.
mənbə: marneulifm