İsrail vətəndaşı 1120 həb "Pregabalin" ilə Batumidə həbs edildi

Oct 8, 2025 - 11:32
 0  16
İsrail vətəndaşı 1120 həb "Pregabalin" ilə Batumidə həbs edildi

Batumi Beynəlxalq Hava Limanında xüsusilə böyük miqdarda psixotrop maddənin qanunsuz əldə edilməsi, saxlanılması və Gürcüstana gətirilməsi ittihamı ilə İsrail vətəndaşı həbs edilib.

Xeber.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Qurumun bildirdiyinə görə, keçirilən axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin baqajından psixotrop maddə sayılan 1120 həb "Pregabalin" aşkar edərək götürüblər.

Cinayət Gürcüstan Cinayət Məcəlləsinin 261-ci və 263-cü maddələrinin üçüncü hissələri ilə nəzərdə tutulub və 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.