Prokurorluq intim materialların gizli saxlanılması və istifadəsi ilə bağlı bir nəfəri saxladı
Prokurorluq, şəxsi həyatın sirrinin qanunsuz yolla əldə edilməsi, saxlanılması və istifadəsi faktı ilə bağlı bir nəfərin həbs olunduğunu bildirib.
Xeber.ge xəbər verir ki,
Həbs olunan şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 157-ci maddəsinin prim hissəsinin birinci bəndi ilə (şəxsi həyatın sirrinin qanunsuz yolla əldə edilməsi, saxlanılması və yayılması) ittiham irəli sürülüb ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Prokurorluq əməkdaşları məhkəmə qərarı əsasında təqsirləndirilən şəxsi 7 oktyabr tarixində həbs ediblər. Hazırda zərərçəkən şəxslərin kimliyinin müəyyən edilməsi və onların dindirilməsi prosesi davam edir.
Prokurorluq təqsirləndirilən şəxs barədə həbs qətimkan tədbirinin seçilməsi üçün qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.