Pakistanda məktəb damının uçması nəticəsində həlak olanların sayı artıb

Oct 15, 2026 - 14:10
 0  24
Pakistanda məktəb damının uçması nəticəsində həlak olanların sayı artıb

Pakistanın şimal-qərbində yerləşən Peşəvər şəhərində məktəb damının uçması nəticəsində həlak olanların sayı 29 nəfərə çatıb. Onlardan səkkizi şagird, biri isə müəllimdir.

XEBER.GE xeber  verir ki, bu barədə “Geo TV” yerli qurumlara istinadən məlumat yayıb.

Ümumilikdə 40-dan çox insanın yaralandığı bildirilir. Özəl təhsil müəssisəsinin rəhbəri artıq saxlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

mənbə: trend.az