İsrail ordusunda böhran: 170 min əsgər imza atdı

Feb 20, 2025 - 14:37
 0  82
İsrail ordusunda böhran: 170 min əsgər imza atdı

Qəzzada xidmətdə olan 170 min əsgər psixoloji problemlər yaşayır.

Xeber.ge xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” qəzeti yazıb.

İsrail Müdafiə Nazirliyinin bir ay yarım əvvəl psixoloji müalicə üçün başlatdığı proqrama müraciət edən İsrail əsgərlərinin sayı 170 minə çatıb.

Nazirliyin əsgərlərin normal həyata qayıtmasını asanlaşdırmaq üçün başlatdığı psixoloji dəstək proqramına olan sıx tələbatı ödəməkdə çətinlik çəkdiyi də qeyd olunub.

Keçən həftə nazirlik daxilində 150 ​​terapevtin proqrama daxil edildiyi, əsgərlərin sıx tələbatını qarşılamaq üçün uzaqdan və qrup müalicələrinə başlanılması istiqamətində işlərin aparıldığı bildirilib.

mənbə: publika.az