Gürcüstanda terrorla mübarizə əməliyyatı – iki nəfər saxlanıldı -VİDEO

Feb 20, 2025 - 11:54
 0  90

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) terrorla mübarizə əməliyyatları çərçivəsində bir neçə xüsusi əməliyyat həyata keçirilib.

Bu barədə Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb. 

Əməliyyatlar nəticəsində iki Gürcüstan vətəndaşı saxlanılıb və onların yaşayış yerlərində istintaq üçün əhəmiyyətli sübutlar – döyüş sursatları, müxtəlif elektron qurğular, nağd pul və digər vacib əşyalar aşkar edilərək götürülüb.

Bundan əlavə, saxlanılan şəxslərin evlərindən beynəlxalq terror təşkilatları ilə mümkün əlaqəni təsdiq edən müxtəlif sübutlar da tapılıb.

Hazırda istintaq Gürcüstan Cinayət Məcəlləsinin 328-ci maddəsi – xarici terror təşkilatına qoşulma və terror fəaliyyətinə yardım etmə ittihamı ilə aparılır.

İş üzrə istintaqı Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi aparır.

mənbə: Interpress