Kaladze: Yanğından zərər çəkən satıcılara imkanlarımız daxilində yardım edəcəyik
Tbilisi meri Kaxa Kaladzenin bəyanatına görə, Tbilisi meriyası Vağzal meydanında, “keçid körpüsü” adlanan ərazidə baş verən yanğın nəticəsində zərər çəkən satıcıların vəziyyətini ətraflı araşdıracaq və imkanları daxilində onlara yardım göstərəcək.
XEBER.GE xeber verir ki, Kaladze bu barədə sosial şəbəkədə yayımladığı video müraciətində bildirib.
“Vağzal meydanında, çox sayda insanın iqtisadi fəaliyyətlə məşğul olduğu keçid körpüsündə yanğın baş verib. Bu, bir çox insan üçün ciddi problem yaradıb. Bu gün həmin insanların bir qrupu meriyaya gələrək yardım istəyib. Bu məsələ ilə bağlı Baş nazir ilə danışmışam.
İrakli Kobaxidze mənə tapşırıb ki, məsələni ətraflı araşdıraq.
Vitse-mer Giorgi Tkemaladze təşəbbüs qrupunun nümayəndələri ilə görüşməyə, onları dinləməyə və ətraflı araşdırmaya başlamağa hazırdır. İmkanlarımız daxilində sizə kömək edəcəyik, yanınızda olacağıq və sizi problemlərinizlə tək qoymayacağıq”, – Kaladze bildirib.