Ukraynada daha bir gürcü döyüşçü həlak olub
Ukraynada gedən döyüşlərdə Gürcüstanın daha bir vətəndaşı həlak olub. Bu barədə məlumat sosial şəbəkələrin gürcü seqmentində yayılıb.
Xeber.ge xəbər verir ki, gürcü döyüşçü Baço Bebia Nikolayev şəhərində hərbi bazalardan birinin bombalanması nəticəsində həyatını itirib.
Mərhumun nəşinin yaxın günlərdə Gürcüstana gətiriləcəyi və doğulduğu Zuqdidi şəhərində dəfn ediləcəyi bildirilir.