Kutaisidə Rioni SES yaxınlığında avtomobil çaya düşüb, iki nəfər axtarılır-VİDEO
Kutaisidə, Rioni SES-in yaxınlığında içərisində ehtimalən iki nəfərin olduğu avtomobil çaya düşüb.
XEBER.GE xeber verir ki, məlumatı yerli media yayıb.
Hadisə yerində xilasetmə işləri aparılır. Dalğıc-xilasedicilər avtomobildə olan şəxsləri axtarırlar.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq başlanıb. Həmin maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutur.