Tbilisidə mütəşəkkil dəstə üzvləri saxlanılıb

Apr 16, 2026 - 15:20
 0  25
Tbilisidə mütəşəkkil dəstə üzvləri saxlanılıb

Tbilisi Prokurorluğu mütəşəkkil qrup tərəfindən külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmə faktı üzrə iki nəfərə qarşı rəsmi ittiham irəli sürüb. Cinayətkar sxem nəticəsində vətəndaşlara ən azı 125 000 lari maddi ziyan dəyib.

Xeber.ge xəbər verir ki, dələduzluq sxeminin qurbanları əsasən yaşlı vətəndaşlar olub.

  İstintaq materiallarına əsasən, cinayətkar qrup cari ilin aprel ayından etibarən aşağıdakı sxemlə   

Təqsirləndirilən şəxslər özlərini kommunal xidmət şirkətlərinin nümayəndələri kimi təqdim edərək pensiyaçılara müxtəlif güzəştlər təklif ediblər. Bu yolla qurbanların fərdi məlumatlarını əldə  

 Daha sonra digər qrup üzvləri həmin şəxslərlə hüquq-mühafizə orqanı əməkdaşı kimi əlaqə saxlayıblar. Onlar vətəndaşları qorxudaraq bildiriblər ki, məlumatlarını "yad şəxslərə" verdikləri üçün maliyyə təhlükəsi ilə üzləşiblər.

 "Risklərin qarşısını almaq" və cinayətkarları aşkar etmək bəhanəsi ilə dələduzlar zərərçəkmişlərdən bütün nağd pullarını onlara təslim etmələrini tələb ediblər. Onlar vəd

Saxlanılan şəxslərə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsi (Mütəşəkkil qrup tərəfindən külli miqdarda törədilmiş dələduzluq) ilə ittiham irəli sürülüb.

Bu maddə 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Prokurorluq yaxın saatlarda təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi vəsatəti ilə məhkəməyə müraciət edəcək. Hazırda cinayətkar qrupun digər üzvlərinin müəyyən edilərək saxlanılması istiqamətində istintaq davam etdirilir.