Gürcüstanda 4 930 qutu aksizsiz siqaret aşkarlanıb, bir nəfər saxlanılıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları aksiz markası olmayan külli miqdarda siqaret saxlama faktı ilə bağlı bir nəfəri saxlayıblar.
XEBER.GE xeber verir ki, qurumun məlumatına görə, təqsirləndirilən şəxsin yaşadığı evdən müxtəlif markalara aid 4 930 qutu siqaret götürülüb. Müsadirə olunan məhsulların ümumi bazar dəyəri 27 608 lari təşkil edir.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsi ilə istintaq aparılır. Həmin maddə 6 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.