Qardabanidə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadəti münasibətilə anım mərasimi keçirilib
Qardabani şəhərində yerləşən Əlhikmə mərkəzində İslam Peyğəmbərinin (s) əziz qızı Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadəti münasibətilə anım mərasimi təşkil olunub.
Mərasimdə Həzrət Fatimeyi-Zəhranın (s.ə) həyat və mübarizə yolu, Quranda məqamı və İslam tarixindəki misilsiz mövqeyi, mənəvi şəxsiyyəti və müsəlmanlar üçün örnək olan əxlaqi xüsusiyyətləri haqqında söhbət aparılıb.
Proqram çərçivəsində iştirakçılar Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət və müsibətini yad edərək mərsiyə oxunub.
Mərasimdə iştirakçılar üçün ehsan süfrəsi də açılıb.
Nəhayət mərasim dua oxunmaqla sona çatıb