Gürcüstanda məktəbli formalarının satışı noyabrın 2-də başlayır
İbtidai sinif şagirdləri üçün məktəbli formalarının satışına noyabrın 2-dən başlanılacaq.
XEBER.GE xeber verir ki, bu barədə “Təhsil Resursları” MMC məlumat yayıb.
Qurumun məlumatına görə, məktəbli formalarını həm satış məntəqələrindən, həm də formebi.emis.ge elektron platforması vasitəsilə onlayn əldə etmək mümkün olacaq.
Bununla yanaşı, “Təhsil Resursları” məktəbli formalarının satılacağı məntəqələrin ünvanlarının tam siyahısını da dərc edib.
Ölkə üzrə ümumilikdə 83 satış məntəqəsi fəaliyyət göstərəcək. Məntəqələr bazar ertəsindən şənbə gününədək, saat 10:00-dan 18:00-dək açıq olacaq.