Qanunsuz gəlirlərin leqallaşdırılmasına görə Rusiyanın 5 vətəndaşı saxlanılıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti, Gürcüstan Baş Prokurorluğu ilə koordinasiyada, qeyri-qanuni sahibkarlıq fəaliyyəti və qanunsuz gəlirlərin leqallaşdırılması faktı ilə əlaqədar Rusiya Federasiyasının beş vətəndaşını saxlayıb.
Xeber.ge xəbər verir ki,
Tavberidzenin sözlərinə görə, istintaq müəyyən edib ki, şirkətlərdən biri Gürcüstan Milli Bankının müvafiq qeydiyyatı və icazəsi olmadan, həm qeyri-leqal ofis, həm də "kuryer" xidməti təklif etməklə virtual aktivlərin xidmətini həyata keçirib. Son bir neçə ay ərzində yüz milyonlarla lari ekvivalenti virtual aktivlərin əməliyyatını həyata keçirərək, ölkədə beynəlxalq nəzarətsiz əməliyyatlarda iştirak edib.
"İstintaq həmçinin müəyyən edib ki, Rusiya Federasiyası vətəndaşları Gürcüstana, ehtimal ki, sərhəd nəzarətindən yan keçərək, avtomobillərlə böyük miqdarda xarici valyuta gətiriblər və virtual aktivlər əldə ediblər, bundan sonra qanunsuz yolla əldə edilmiş əmlaka qanuni don geyindiriblər. Külli miqdarda əməliyyatlara baxmayaraq, adı keçən şirkət və fiziki şəxslərin büdcəyə hər hansı ödənişi qeydə alınmayıb.
Tbilisinin müxtəlif yerlərində keçirilən istintaq tədbirləri nəticəsində həmin şirkətin ofisindən $371,000 ABŞ dolları, mühasibat məlumatları, sənədlər və kompüter avadanlıqları götürülüb. Həmçinin, bir fiziki şəxsdən virtual aktivlərin alınması üçün nəzərdə tutulmuş $100,000 ABŞ dolları, Rusiya Federasiyasının nömrə nişanlı avtomobillərindən isə $250,000 ABŞ dolları, ümumilikdə $721,000 ABŞ dolları müsadirə edilib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi və 194-cü maddəsinin 2-ci hissəsinin "a" və 3-cü hissəsinin "g" bəndləri ilə aparılır ki, bu da 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
İstintaq çərçivəsində qeyd olunan cinayət əməlində iştirak edən digər şəxslərin müəyyən edilməsi, vergidən yayınma və mümkün qanunsuz gəlirlərin leqallaşdırılmasının əlavə faktlarının aşkar edilməsi üçün müvafiq tədbirlər görülür.
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti maliyyə-iqtisadi sahədə törədilmiş cinayətlərə qarşı sərt cinayət siyasətini davam etdirir," - deyə Quqa Tavberidze bildirib.