Səqərəcoda avtobus qəzası: Sürücü həlak oldu

Jul 16, 2026 - 21:44
 0  22
Səqərəcoda avtobus qəzası: Sürücü həlak oldu
: :
playing

Səqərəco-Badiauri istiqamətində avtobus yoldan çıxaraq aşmışdır.

XEBER.GE xeber  verir ki, hadisə nəticəsində sürücü həlak olub, bir sərnişin isə yaralanıb. Təcili tibbi yardım briqadası yaralını xəstəxanaya çatdırıb. Onun həyatı üçün təhlükə yoxdur.

Daxili İşlər Nazirliyindən “Prime Time”a bildiriblər ki, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi ilə istintaq aparılır. Bu maddə nəqliyyat vasitəsinin hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını, nəticədə insanın ölümünə səbəb olmasını nəzərdə tutur.

Əlavə detallar hələlik məlum deyil.