Həyətində meyit basdıran qatilə sərt cəza
Rustavi Şəhər Məhkəməsi Dmanisidə baş verən qətl hadisəsi üzrə ittiham olunan şəxsi günahkar hesab edib və ona 14 il azadlıqdan məhrum etmə cəzası verib.
XEBER.GE xeber verir ki, məhkəmədə araşdırılan sübutlar göstərib ki, 2025-ci il 22 oktyabrda Dmanisidə ittiham olunan şəxs şəxsi qisas motivi ilə qəsdən adam öldürmək məqsədilə zərərçəkəni əli ilə vuraraq pilləkəndən aşağı atıb. Alınan xəsarətlər nəticəsində qurban hadisə yerindəcə dünyasını dəyişib.
Cinayəti törətdikdən sonra ittiham olunan şəxs meyiti öz yaşayış evinin həyətində basdırıb, qurbanın mobil telefonuna isə gizli şəkildə sahib çıxıb.
Şübhəli 2025-ci il 5 noyabrda saxlanılıb. Ona Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) və 177-ci maddənin 1-ci hissəsi (oğurluq) ilə ittiham irəli sürülüb.