İsrail 21,9 min uşağı və 38 min qadını qətlə yetirib

Oct 13, 2026 - 10:06
 0  78
İsrail 21,9 min uşağı və 38 min qadını qətlə yetirib

İsrail Qəzza sektorunda hərbi cinayətlərini davam etdirir.

 XEBER.GE  xəbər verir ki, dinc Fələstin xalqına qarşı soyqırımı və kütləvi qətliamlar artıq 3 ildən çoxdur ki, davam edir.

İsrail 2023-cü il 7 oktyabrdan bəri 74 382 günahsız qəzzalını qətlə yetirib, 175 416 dinc fələstinlini isə yaralayıb.

Qurbanların böyük əksəriyyətini isə uşaqlar və qadınlar, həmçinin yaşlılar təşkil edir.

Belə ki, bu müddət ərzində Qəzzada ən azı 21 976 uşaq İsrail tərəfindən öldürülüb. Ən dəhşətlisi də budur ki, həmin uşaqların 1 125 nəfərinin heç bir yaşı da tamam olmayıb, həmçinin 612 körpə isə müharibə dövründə anadan olub və həmin dövrdə də öldürülüb. 62 247 uşaq yetim qalıb ki, onların da 2 774 hər iki valideynini itirib. 8 394 uşaq isə anasız qalıb.

40 mini körpə olmaqla, 650 min uşaq hələ də ölüm təhlükəsi ilə üz-üzədir.

164 uşaq aclıqdan, 28 uşaq isə soyuqdan həyatını itirib.

Bundan başqa, İsrail ordusu 38 min qəzzalı qadını də qətlə yetirib.

Qeyd edək ki, yenə əksəriyyəti uşaq və qadınlar olmaqla, 10 minə yaxın Qəzza sakini isə itkin düşüb.

mənbə: az.shafaqna.com