Kişinyovda ABŞ və Kanada vətəndaşlarını aldadan saxtakarlar şəbəkəsi zərərsizləşdirilib

Oct 13, 2026 - 20:17
 0  41
Kişinyovda ABŞ və Kanada vətəndaşlarını aldadan saxtakarlar şəbəkəsi zərərsizləşdirilib

Moldovanın paytaxtı Kişinyovda hüquq-mühafizə orqanları 5 fırıldaqçı kol-mərkəzin fəaliyyətini dayandırıb.

XEBER.GE xeber  verir ki, mütəşəkkil cinayətkar dəstənin üzvləri rəqəmsal aktivlərlə ticarət üçün saxta platformalar yaradıblar. Özəl saxta "sərmayə ekspertləri" ABŞ və Kanada vətəndaşlarını aldadaraq onları kriptovalyutaya böyük məbləğdə vəsait yatırmağa inandırıblar.

Oktyabrın 9-da keçirilən irimiqyaslı xüsusi əməliyyat zamanı dələduzluq və çirkli pulların yuyulması işi üzrə 8 şəxs saxlanılıb.

Fırıldaqçılar kol-mərkəzlərdə işləmək üçün Gürcüstan, Ukrayna, Kamerun, Hindistan, İsrail və Nigeriya vətəndaşları da daxil olmaqla onlarca şəxsi işə götürüblər. Axtarış zamanı nağd pul, avadanlıqlarla yanaşı, təşkilatçıların əməkdaşları yoxlamaq üçün istifadə etdiyi yalan detektoru (poliqraf) da aşkar edilib.

İlkin istintaq məlumatlarına görə, 5 kol-mərkəzdən yalnız birinin aylıq gəliri təxminən 2 milyon dollar təşkil edib. Qanunsuz fəaliyyətlə bağlı istintaq davam edir.