Rusiya Ukraynada avtobusları vurdu: 33 ölü, 18 yaralı - Video

Oct 8, 2026 - 15:09
 0  10

Rusiya ordusu Donetsk vilayətinin Kramatorsk şəhərində iki sərnişin avtobusuna zərbə endirib.

 XEBER.GE xeber  verir ki,  bu barədə Donetsk Xüsusi Əməliyyatlar Komandanlığının rəisi Vadim Filaşkin məlumat yayıb.

Məlumata görə, zərbə nəticəsində 33 nəfər ölüb, 18 nəfər yaralanıb.

Hücumdan sonra Filaşkin Kramatorsk və Slavyansk hərbi administrasiyalarına pisləşən təhlükəsizlik vəziyyətinə görə ictimai nəqliyyatın dayandırılmasını tapşırıb.

 

mənbə: axar,az