Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib

Oct 8, 2026 - 15:23
 0  21
Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib

Avropa Parlamentinin bugünkü plenar iclasında Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edilib.

“Hakim "Gürcü Arzusu" partiyasının Gürcüstanda müxalifət partiyalarını qadağan etmək cəhdləri” adlı qətnaməni 445 deputat dəstəkləyib, 37 deputat əleyhinə səs verib, 97 deputat isə bitərəf qalıb.

Sənəddə Gürcüstanın müxalifət partiyalarının qadağan edilməsi cəhdləri qətiyyətlə pislənilib və siyasi birliklərə qarşı qaldırılmış konstitusiya iddiasının dərhal geri götürülməsi tələb edilib.

Bundan əlavə, qətnamədə Avropa İttifaqına və təşkilata üzv dövlətlərə “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili, Baş nazir İrakli Kobaxidze, parlament sədri Şalva Papuaşvili və Tbilisi meri Kaxa Kaladzeyə qarşı sanksiyalar tətbiq etmək çağırışı yer alıb.

mənbə: apa