Tbilisidə neonasist qrupu üzvləri saxlanıldı - Onlardan biri mühafizəçi çıxdı
Gürcüstanda neonasist qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı saxlanılan şəxslərdən birinin mühafizə xidmətinin əməkdaşı olduğu üzvə çıxıb.
Xeber.ge xeber verir ki,
Məlum olub ki, Gürcüstan Daxili İşlər Nazirliyi sözügedən neonasist qruplaşmasının fəaliyyətini artıq 4-5 aydır ki, izləyirmiş. Hüquq müdafiəçisinin bildirdiyinə görə, istintaq çərçivəsində müvəkkili bəzi istintaq hərəkətlərində də iştirak edib.
Buna baxmayaraq, saxlanılan şəxs neonasist qruplaşması ilə hər hansı əlaqəsinin olduğunu qəti şəkildə təkzib edir. Hazırda faktla bağlı genişmiqyaslı istintaq tədbirləri davam etdirilir.