Sameqreloda qanunsuz silah və sursat saxlayan 4 nəfər saxlanılıb

Nov 14, 2026 - 13:50
 0  10
Sameqreloda qanunsuz silah və sursat saxlayan 4 nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis Departamentinin əməkdaşları qabaqlayıcı polis tədbirləri nəticəsində odlu silah və döyüş sursatlarının qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ittihamı ilə dörd nəfəri saxlayıblar.

XEBER.GE xeber  verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Sameqrelonun müxtəlif bələdiyyələrində saxlanılan şəxslərin üzərində və yaşadıqları evlərdə axtarış aparıblar.

Axtarış zamanı maddi sübut kimi qanunsuz odlu silahlar və döyüş sursatları, o cümlədən üç tapança, avtomat silah, 162 patron və daraqlar götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə istintaq aparılır. Həmin maddələr 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.