Gürcüstanda yaxın günlərdə hava dəyişəcək: yağış və temperaturun enməsi gözlənilir

Nov 14, 2026 - 10:56
 0  17
Gürcüstanda yaxın günlərdə hava dəyişəcək: yağış və temperaturun enməsi gözlənilir

Gürcüstanda yaxın günlərdə hava şəraiti dəyişəcək. Sinoptiklərin proqnozuna görə, noyabrın 13-14-də ölkənin əksər ərazilərində nisbətən isti və əsasən yağmursuz hava gözlənilir.

XEBER.GE xeber  verir ki, həftənin ikinci yarısından etibarən isə temperatur aşağı düşəcək, bəzi bölgələrdə yağış yağacaq.

Şərqi Gürcüstanda yaxın günlərdə nisbətən sabit hava şəraiti hökm sürəcək.

Tbilisidə noyabrın 14-də gündüz havanın temperaturu təxminən +17–20 dərəcəyədək yüksələcək. Noyabrın 15-dən buludluluq artacaq, 16-17-də isə temperaturun aşağı düşəcəyi gözlənilir.

Qərbi Gürcüstanda hava nisbətən isti olacaq, lakin bəzi rayonlarda buludlu hava və az miqdarda yağıntı müşahidə ediləcək. Dənizkənarı bölgələrdə gündüz temperaturun təxminən +17–20 dərəcə olacağı proqnozlaşdırılır.

Dağlıq və yüksək dağlıq ərazilərdə nisbətən soyuq hava gözlənilir. Gecə saatlarında temperatur xeyli aşağı düşəcək, yüksək dağlıq zonalarda isə şaxta ehtimalı var.

Sinoptiklərin proqnozuna əsasən, noyabrın 16-17-də hava şəraiti pisləşəcək və temperatur aşağı düşəcək. Sakinlərə, xüsusilə dağlıq bölgələrdə hərəkət edərkən hava şəraitindəki dəyişiklikləri nəzərə almaq tövsiyə olunur.