Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun bəzi hissələrində hərəkət məhdudlaşdırılıb

Feb 19, 2025 - 11:58
 0  34
Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun bəzi hissələrində hərəkət məhdudlaşdırılıb

Beynəlxalq əhəmiyyətli (S-3) Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Mleta-Gudauri və Gudauri (Poçt)–Kobi hissələrində qar uçqunu təhlükəsi yüksək səviyyədə qiymətləndirilir. Bu səbəbdən həmin yol hissələrində bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Bu barədə məlumatı Gürcüstanın Avtomobil Yolları Departamenti yayıb.

Eyni zamanda, Stepantsminda-Lars hissəsində nəqliyyat vasitələrinin yalnız dayanmadan keçməsi qaydası ilə hərəkət etməsinə icazə verilir.

mənbə: Interpress