TV Pirveli”nin operatoru Laşa Cioşvili saxlanılıb

Feb 19, 2025 - 12:14
 0  19
TV Pirveli”nin operatoru Laşa Cioşvili saxlanılıb

"TV Pirveli”nin xəbər operatoru Laşa Cioşvili inzibati hüquq pozuntuları haqqında məcəlləyə əsasən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

DİN-nin açıqlamasına görə, o, 173-cü maddə ilə – polis əməkdaşının qanuni tələbinə tabe olmamaq ittihamı ilə saxlanılıb.

Bununla yanaşı, “TV Pirveli”nin hüquqşünası Tornike Miginaişvili bildirib ki, operatorun saxlanılması və maskalı şəxslərin hərəkətləri barədə məlumat həm Xalq Müdafiəçisinin Aparatına, həm də Xüsusi İstintaq Xidmətinə çatdırılıb.

Vəkilin sözlərinə görə, hələ də Cioşvilinin harada saxlanıldığı məlum deyil.

Daha əvvəl “TV Pirveli”nin informasiya xidmətinin rəhbəri Nodar Meladze sosial şəbəkədə operatorun saxlanılması ilə bağlı məlumat paylaşaraq, onun polis tərəfindən qaçırıldığını ehtimal etdiyini bildirib.

Sosial şəbəkələrdə yayılan videoda isə bir nəfərin avtomobilə mindirildiyi və “Mən operatoram, Laşa Cioşvili” sözlərini dediyi eşidilir.

mənbə: Interpress