Kobuletidə 15 yaşlı qızına qarşı əxlaqsız hərəkətlərdə ittiham olunan ata saxlanıldı
“Adjara Times”ın məlumatına görə, Kobuleti bələdiyyəsində azyaşlı qızına qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan ata saxlanılıb.
XEBER.GE xeber verir ki, hadisə kəndlərin birində baş verib. İş 15 yaşlı qızla bağlıdır.
Nəşrin yazdığına görə, hadisə zamanı azyaşlı evdə atası ilə tək olub, anası isə işdə olub. Yeniyetmə baş verənlər barədə anasına telefonla məlumat verib. Bundan sonra qadın polisə müraciət edib.
İş üzrə azyaşlı qız, onun anası və təqsirləndirilən şəxs dindirilib. Yeniyetməyə psixoloji yardım da göstərilib. İş üzrə ekspertiza təyin edilib.
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı Cinayət Məcəlləsinin 11¹-141-ci maddəsi ilə istintaqa başlayıb.