Marneuli–Sadaxlı yolunda mikroavtobus 72 yaşlı kişini vuraraq öldürüb

Oct 20, 2026 - 22:45
 0  24
Marneuli–Sadaxlı yolunda mikroavtobus 72 yaşlı kişini vuraraq öldürüb

Marneuli–Sadaxlı yolunda, Saymerlo kəndi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Mikroavtobus 72 yaşlı kişini vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

XEBER.GE xeber  verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Daxili İşlər Nazirliyindən “Prime Time”a bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq başlanılıb. Həmin maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutur.