Tbilisidə və regionlarda narkotik cinayətinə görə 14 nəfər saxlanılıb

Tbilisidə və ölkənin müxtəlif regionlarında narkotik cinayətinə görə 14 nəfər saxlanılıb,.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Nazirliyin məlumatına görə, saxlanılma əməliyyatları DİN-in Mərkəzi Kriminal Polis, Patrul Polis, Tbilisi, Raça-Leçxumi, Kaxeti və İmereti polis departamentlərinin əməkdaşları tərəfindən həyata keçirilib. Onlar müxtəlif vaxtlarda aparılan operativ və istintaq tədbirlərinin nəticəsində tutulublar.
Məlumata əsasən, saxlanılan şəxslərdən bəziləri Gürcüstan vətəndaşları, digərləri isə xarici ölkə vətəndaşlarıdır. Onların arasında əvvəllər məhkum olunmuş şəxslər də var.
İstintaq zamanı onların üzərindən və yaşadıqları evlərdən, eləcə də göstərdikləri ünvanlardan müxtəlif növ, xüsusilə böyük miqdarda narkotik vasitələr – “metadon”, “subotex”, “buprenorfin”, “alfa-PVP”, “lirika”, qurudulmuş marixuana və kannabis bitkiləri aşkar edilərək götürülüb. Həmçinin, narkotiklərin qablaşdırılması üçün lazım olan materiallar, elektron tərəzilər və yapışqan lentlər də sübut kimi müsadirə olunub.
Qanunsuz olaraq narkotik vasitələrin alınması-saxlanılması, satışı, ölkəyə gətirilməsi və narkotik tərkibli bitkilərin becərilməsinə görə aparılan istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260, 2601, 262 və 2651-ci maddələri ilə davam etdirilir.
Qanuna görə, bu cinayətlərə görə 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
mənbə: Intrepress.ge