Vətəndaşlar əmlak vergisini yalnız illik gəliri 100 000 laridən çox olan halda ödəyəcəklər
XEBER.GE xeber verir ki, Əmlak vergisinin minimum həddi 100 000 lariyə qədər artırılır. İrakli Kirtsxaliya əksəriyyətin iclasından sonra bildirib ki, vətəndaşlar əmlak vergisini yalnız illik gəlirləri 100 000 laridən çox olduğu halda ödəyəcəklər.
"40 000-dən 100 000 lariyə qədər, yəni 40 000 larilik hədd ümumiyyətlə ləğv olunacaq. Əmlak vergisi yalnız gəliri 100 000 lari və yuxarı olan vətəndaşlar üçün saxlanılacaq", – deyə Kirtsxaliya bildirir.
Qanun layihəsi sürətləndirilmiş qaydada qəbul ediləcək.
Qüvvədə olan qanunvericiliyə əsasən, fiziki şəxsin vergi tutulan əmlakına görə illik vergi dərəcəsi vergi ödəyicisinin ailəsinin vergi ili ərzində əldə etdiyi gəlirlərdən asılı olaraq differensiallaşdırılır və aşağıdakı məbləğlərdə müəyyən edilir:
40 000-dən 100 000 lariyə qədər gəliri olan ailələr üçün – vergi dövrünün sonuna vergi tutulan əmlakın bazar dəyərinin 0,05 faizindən az olmayaraq və 0,2 faizindən çox olmayaraq;
100 000 lari və ya daha çox gəliri olan ailələr üçün – vergi dövrünün sonuna vergi tutulan əmlakın bazar dəyərinin 0,8 faizindən az olmayaraq və 1 faizindən çox olmayaraq.