Gürcüstan vətəndaşları üçün şəxsiyyət vəsiqəsi: Alınma şərtləri və rüsum güzəştləri

Sep 4, 2026 - 14:11
 0  27
Gürcüstan vətəndaşları üçün şəxsiyyət vəsiqəsi: Alınma şərtləri və rüsum güzəştləri

14 yaşı tamam olan Gürcüstan vətəndaşı 6 ay ərzində şəxsiyyət vəsiqəsi almağa borcludur. Şəxsiyyət vəsiqəsi 14 yaşınadək olan Gürcüstan vətəndaşlarına da verilə bilər. Bu öhdəlik xaricdə olan Gürcüstan vətəndaşlarına şamil edilmir.

XEBER.GE xeber  verir ki, elektron şəxsiyyət vəsiqəsi almaq üçün Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin ərazi xidmətinə, Ədliyyə Evinə müraciət edin və ya məsafədən xidmətdən yararlanın.

Sənədin verilməsi ilə yanaşı ünvanda qeydiyyat da həyata keçirilirsə, Agentliyin ərazi xidmətinə və ya yaşayış ünvanının aid olduğu Ədliyyə Evinin filialına müraciət edin.

Elektron şəxsiyyət vəsiqəsi 18 yaşınadək şəxslərə 4 il müddətinə, 18 yaşına çatmış şəxslərə isə 10 il müddətinə verilir.

Şəxsiyyət vəsiqəsi rüsumunu ödənməkdən azad olunurlar:

  • Reytinq xalı 70 001-dən çox olmayan sosial baxımdan təminatsız ailələrin üzvləri — tam azaddırlar (həmçinin fotoşəkil rüsumundan);
  • İkinci Dünya Müharibəsinin, eləcə də Gürcüstanın ərazi bütövlüyü, azadlığı və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər — tam azaddırlar (həmçinin fotoşəkil rüsumundan);
  • Gürcüstan Prezidentinin təşəbbüsü ilə Gürcüstan vətəndaşlığı verilmiş şəxslər — tam azaddırlar (həmçinin fotoşəkil rüsumundan);
  • Avtorizasiyadan keçmiş ali təhsil müəssisələrində təhsil alan və statusu Agentliyin məlumat bazası vasitəsilə təsdiqlənə bilən tələbələr elektron şəxsiyyət vəsiqəsini bu statusla ilk dəfə aldıqda — 10 lari güzəştlə, təkrar aldıqda — 10% (6 lari) güzəştlə, fotoşəkil rüsumundan isə tam azaddırlar;
  • Kəskin və ya əhəmiyyətli dərəcədə məhdud imkanlı şəxs (əlillik) statusu ilə elektron şəxsiyyət vəsiqəsi ala bilən şəxslər müəyyən edilmiş xidmət rüsumundan — 50% azaddırlar;
  • Əlillik statusu olan yetkinlik yaşına çatmayanlar müəyyən edilmiş xidmət rüsumundan — 50% azaddırlar.