Abaşada qanlı hesablaşma: Keçmiş məhkum qonşusunu tüfənglə vurub
Gürcüstanın Abaşa bələdiyyəsində ağır cinayət hadisəsi baş verib.
Keçmişdə məhkum olunmuş şəxs qonşusunu odlu silahla yaralayaraq hadisə yerindən qaçıb.
Xeber.ge xəbər verir ki,
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə zəminində 1989-cu il təvəllüdlü qonşusu N.P.-yə ov tüfəngindən atəş açıb.
Yaralı şəxs dərhal xəstəxanaya yerləşdirilib və ona zəruri tibbi yardım göstərilir.
Polis əməkdaşlarının həyata keçirdiyi operativ-axtarış tədbirləri nəticəsində şübhəli şəxs "isti izlərlə" yaxalanıb. Cinayət aləti olan ov tüfəngi maddi sübut kimi müsadirə olunub.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə istintaq aparılır. Bu maddə üzrə təqsirləndirilən şəxsi 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.