İormuğanloda davanı ayırmaq istəyən 44 yaşlı kişi vəhşicəsinə dövülüb- Video

Sep 13, 2026 - 15:53
 0  16

Kaxetid təxminən on nəfər 44 yaşlı kişiyə ehtimal ki, dəyənəklərlə vəhşicəsinə divan tutub. Döyülən şəxs komadadır və süni tənəffüs aparatına qoşulub. Onun üç daxili orqanı zədələnib və hazırda Saqareco xəstəxanasında müalicə olunur.

XEBER.GE xeber  verir ki, hadisə İormuğanloda, polis binası yaxınlığındakı restoranlardan birinin yanında baş verib. Fiziki qarşıdurmanın səbəbi hələlik məlum deyil.

Məlum olduğu kimi, 44 yaşlı kişi davanı sakitləşdirməyə çalışıbmış. O, əvvəlcə dava səsi eşidib və bir neçə həmkəndlisinin əmisi oğluna hücum etdiyini öyrəndikdə onları ayırmağa və vəziyyəti yumşaltmağa çalışıb.

Vəhşicəsinə döyülmüş kişini yerli sakinlər evinə gətirərək darvazanın ağzında qoyublar. Zərərçəkmişin həyat yoldaşının sözlərinə görə, bundan sonra o, qohumlarından kişinin yaxınlıqdakı klinikaya aparılmasını xahiş edib, təcili tibbi yardım briqadası çağırılıb və polisə də müraciət olunub.

"Ərim evə işdən yorğun gəlmişdi, ona zəng edib ad gününə apardılar. Orada savaşıb və vəhşicəsinə dövüblər. Bilirik ki, davanın necə döyüldüklərini əks etdirən video görüntüləri mövcuddur, lakin həmin kadrları bizə göstərmirlər. Hematomaları var, elə döyülmüşdü ki, huşsuz idi. Polis araşdırmır, günahkarları ört-basdır edirlər", – deyə 44 yaşlı kişinin həyat yoldaşı bildirir.

44 yaşlı kişi indi ölümküls mübarizə aparır, həkimlər müsbət proqnoz verə bilmirlər.

Vəhşicəsinə döyməkdə şübhəli bilinən şəxslər hələ də saxlanılmayıblar.