Qohumunu girov götürən şəxs saxlanıldı

Dec 24, 2025 - 11:09
 0  8

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Siğnaği rayon idarəsinin əməkdaşları əvvəllər məhkum olunmuş və hazırda şərti cəza altında olan, 1993-cü il təvəllüdlü G.K.-nı ailə üzvünü girov götürməkdə ittiham edərək saxlayıblar. Məlumatı DİN yayıb.

 

Qurumun məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs öz nənəsini — 1950-ci il təvəllüdlü N.K.-nı girov götürüb və keçmiş həyat yoldaşının xaricdən ölkəyə gətirilməsini tələb edib, əks halda nənəsinin həyatına son qoyacağı ilə hədələyib.

 

Xeber.ge xəbər verir ki, keçirilən operativ-axtarış tədbirləri nəticəsində hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsi hadisə yerində saxlayıblar. N.K.-nın həyatına və sağlamlığına təhlükə yoxdur.

 

İstintaq Cinayət Məcəlləsinin 11 prima 144-cü maddəsi ilə aparılır ki, bu maddə 14 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, — məlumatda qeyd olunur.