Hökumət başçısı ölkə mağazalarındakı yüksək qiymətlərin araşdırılmasına çağırdı

Dec 24, 2025 - 12:40
 0  17
Hökumət başçısı ölkə mağazalarındakı yüksək qiymətlərin araşdırılmasına çağırdı

Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkənin şəbəkə mağazalarında yüksək qiymətlər məsələsinin araşdırılması üçün hüquq-mühafizə orqanlarına çağırış edib.

 

“İstintaq orqanlarını məsələni dərindən öyrənməyə və ayrı-ayrı subyektlərin fəaliyyətində cinayət tərkibinin əlamətlərinin olub-olmadığını müəyyənləşdirməyə çağırıram. Həmçinin Gürcüstan Parlamentindən xahiş edirəm ki, məsələnin qiymətləndirilməsi üçün müvafiq parlament mexanizmlərindən istifadə edəcək parlament komissiyası yaradılsın”, – deyə İrakli Kobaxidze bildirib.

 

Xeber.ge xəbər verir ki, Baş nazir qeyd edib ki, qiymət artımı bir neçə mühüm amillə bağlıdır: şəbəkə keşbekləri, distribyutorlara və ya istehsalçılara ödənişlərin gecikdirilməsi, mağazaların həddindən artıq çoxluğu və yeni mağazanın açılması ilə bağlı xərclərin qiymətlərə daxil edilməsi.

 

Bununla yanaşı, o vurğulayıb ki, mövcud praktika şübhə doğurur, çünki bazar iştirakçıları, ehtimal ki, kartel prinsipi ilə razılaşdırılmış şəkildə fəaliyyət göstərirlər ki, bu da əlavə təhlil tələb edir. Baş nazir həmçinin Gürcüstandakı qiymətlərlə Avropa ölkələrindəki qiymətlər arasında fərqin kifayət qədər böyük olduğunu qeyd edib.