İranda 31 milyon insan könüllü orduya yazılıb

Sep 16, 2026 - 21:09
 0  20
İranda 31 milyon insan könüllü orduya yazılıb
: :
playing

İranda “Canfəda” kampaniyası çərçivəsində gələn həftədən etibarən 1000 hərbi batalyonun formalaşdırılmasına başlanacaq.

XEBER.GE xeber  verir ki, bu barədə kampaniyanın Xalq Qərargahının nümayəndəsi Sasan Zare bildirib.

Onun sözlərinə görə, təşəbbüs çərçivəsində qeydiyyatdan keçən 31 milyon nəfərin 26 faizi hərbi fəaliyyət və təhlükəsizlik məsələləri ilə məşğul olmağa hazırdır. Zare qeyd edib ki, könüllülər ümumi hərbi hazırlıq, təhlükəsizliyin təmin edilməsi, müşahidə, nəzarət və kəşfiyyat tədbirlərini əhatə edən təlimlər keçirlər.

Qeydiyyatdan keçən iştirakçıların 32 faizini qadınlar, 68 faizini isə kişilər təşkil edir.

 mənbə: modern.az