Saakaşvili məhkəmədə Ukrayna himnini oxudu - Video

Sep 20, 2026 - 15:28
 0  14

Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili məhkəmədə Ukraynanın dövlət himnini oxuyub.

Bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Saakaşvili məhkəməyə Ukrayna Silahlı Qüvvələrinin geyimində gəlmək istəsə də, ona icazə verilməyib.

Himni oxuduqdan sonra keçmiş prezident “Ukraynaya eşq olsun!”, “Millətə eşq olsun!”, “Azadlıq və ya ölüm!” kimi şüarlar səsləndirib.

mənbə: axar,az