Gürcüstanda hava pisləşir: güclü yağış, qar və fırtına gözlənilir

Nov 6, 2026 - 21:15
 0  79
Gürcüstanda hava pisləşir: güclü yağış, qar və fırtına gözlənilir

Gürcüstanda hava şəraiti pisləşir. Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, noyabrın 7-si günün ikinci yarısından noyabrın 9-u səhərədək Qərbi Gürcüstanın əksər ərazilərində yağıntı gözlənilir. Acarıstan və Quriya bölgələrində yağışın arabir güclü olacağı bildirilir.

Şimşək, güclü külək, dənizdə 4-5 ballıq fırtına, yüksək dağlıq ərazilərdə isə bəzi yerlərdə güclü qar, çovğun və duman mümkündür.

XEBER.GE xeber  verir ki, məlumatda qeyd olunur ki, güclü qar, çovğun və görmə məsafəsinin pisləşməsi səbəbindən avtomobil yollarının ayrı-ayrı hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər.

Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, gözlənilən güclü yağıntılar Acarıstan-Quriya çaylarının aşağı axınlarında və onların qollarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, təpəlik və dağlıq ərazilərdə sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə, şəhər ərazilərində isə ayrı-ayrı sahələrin su altında qalmasına səbəb ola bilər.