Bağçalardakı kütləvi zəhərlənməyə səbəb yüksək ehtimalla norovirusdur
"Laboratoriya tədqiqatının nəticələri göstərir ki, hallarının əksəriyyətinin əsas yaranma səbəbi yüksək ehtimalla norovirus olub... Norovirus qusma, qarın ağrısı, diareya və bəzən hərarətin yüksəlməsi ilə səciyyələnən infeksiyadır. O, həyat üçün təhlükəli deyil və bir qayda olaraq, orqanizm infeksiya ilə 1-3 gün ərzində özü mübarizə aparır. Xəstəliyin idarə olunması su-elektrolit balansının qorunub saxlanılması ilə həyata keçirilir.
XEBER.GE xeber verir ki, norovirusun müalicəsi prosesində vacibdir: düzgün hidrasiya, orqanizmdə maye balansının bərpası; qidalanma rejiminə riayət olunması – ən azı 3-4 gün ərzində süd məhsullarının, yağlı, qızardılmış və ədviyyatlı qidaların rasiondan çıxarılması; diareya və qusmaya qarşı dərmanların qəbulu – yalnız həkim təyinatı ilə.
Bununla yanaşı, norovirusun yayılmasının qarşısının alınması üçün gigiyena qaydalarına riayət olunması vacibdir – əllərin ən azı 20 sekund ərzində sabunla yuyulması, çirklənmiş səthlərin işlənməsi", – deyə NCDC-nin bəyanatında bildirilir. Onların izahatına görө, tədqiqatlar hələ də davam edir.
Bəyanatda həmçinin qeyd olunur ki, bu mərhələdə halların klinik gedişatı "qənaətbəxşdir, heç bir hala mühüm və ya təhlükəli fəsad yol açmayıb, uşaqların əksəriyyəti artıq sağalma mərhələsindədir və tezliklə həyatın adi ritminə qayıdacaqlar".
Xatırladaq ki, Tbilisidə yerləşən 20 uşaq bağçasının 55 azyaşlısında və 1 tərbiyəçisində zəhərlənmə əlamətləri aşkar edilmişdi. Uşaq bağçalarında azyaşlıların və tərbiyəçinin zəhərlənməsi faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 198-ci maddəsinin ikinci hissəsi ilə istintaq da başlanıb ki, bu da insan həyatı və ya sağlamlığı üçün təhlükəli olan məhsulların hazırlanması və ya satılmasını, nəticəsində insan həyatı və ya sağlamlığının təhlükə altına düşməsini nəzərdə tutur.