Goridə iki azyaşlının döyülməsi ilə bağlı dörd yeniyetmə saxlanılıb

Gori şəhərində iki azyaşlı qardaşın qrup halında döyülməsi faktı üzrə dörd yeniyetmə saxlanılıb. Onlardan biri daha əvvəl oğurluq və döymə cinayətləri üzrə məhkumluq həyatı yaşamış şəxsdir.
Bu barədə Prokurorluq məlumat yayıb.
İstintaqın məlumatına əsasən, 16 may tarixində daha əvvəl məhkum olunmuş yeniyetmənin təşəbbüsü ilə digər iki azyaşlı qardaşla görüş təyin olunub və məhz həmin görüş zamanı fiziki zorakılıq baş verib.
Saxlanılanlardan üç nəfərə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci prima hissəsinin “a” və “b” bəndləri (azyaşlının qrup halında döyülməsi) ilə, bir nəfərə isə eyni maddənin “a”, “b” və “g” bəndləri ilə (iki azyaşlının qrup halında döyülməsi) ittiham irəli sürülüb.
mənbə: interpress