Qardabanidə kişi keçmiş həyat yoldaşını öldürtmək istəyib -VİDEO

Nov 17, 2026 - 11:36
Nov 17, 2026 - 12:07
 0  67
Qardabanidə kişi keçmiş həyat yoldaşını öldürtmək istəyib -VİDEO

Ailə üzvünü sifarişlə qətlə yetirməyə hazırlaşmaqda şübhəli bilinən bir nəfər saxlanılıb. 

XEBER.GE xeber  verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Nazirliyin məlumatına görə, Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində ailə üzvünü sifarişlə qətlə yetirməyə hazırlaşmaqda şübhəli bilinən bir nəfəri saxlayıblar.

İstintaqla müəyyən edilib ki, Qardabani bələdiyyəsində yaşayan kişi boşandıqdan sonra qısqanclıq zəminində yaranan münaqişə səbəbindən keçmiş həyat yoldaşını sifarişlə öldürmək qərarına gəlib.

O, niyyətini həyata keçirmək üçün tanışına müraciət edərək 25 min ABŞ dolları müqabilində muzdlu qatil tapmağı tapşırıb.

Məhkəmə qərarı əsasında aparılan gizli istintaq tədbirləri zamanı müəyyən edilib ki, şübhəli qətlin onların üç azyaşlı övladının analarının yanında olmadığı vaxt törədilməsini istəyib.

Axtarışlar zamanı saxlanılan şəxsin yaşadığı evdən sübut kimi müxtəlif modellərdə odlu silahlar, döyüş sursatları və onun tanışı ilə əlaqə saxladığı mobil telefon götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 18-109-cu maddəsi ilə istintaq aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.