Bakı–Tbilisi qatarının aylıq sərnişin sayı açıqlandı

Jul 8, 2026 - 11:10
 0  23
Bakı–Tbilisi qatarının aylıq sərnişin sayı açıqlandı

Bu ilin may ayında yenidən fəaliyyətə başlamış Bakı-Tbilisi-Bakı reysləri ilə 12 mindən çox sərnişin daşınıb.

XEBER.GE  xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Xatırladaq ki, Azərbaycan Dəmir Yolları 25 mayda Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin daşımalarını bərpa edib.

Qeyd edək ki, marşrut üzrə 5 500-ə yaxın bilet yenidən satışa çıxarılıb. Hazırda biletlər satışa 30 gün əvvələ çıxır.

mənbə: oxu.az