"Yandex Taxi" serverlərində texniki nasazlıq: Məbləğlər ikiqat tutulur

Oct 12, 2026 - 21:57
 0  13
"Yandex Taxi" serverlərində texniki nasazlıq: Məbləğlər ikiqat tutulur

Gürcüstanda Rusiya şirkəti olan "Yandex Go" (Yandex Taxi) tətbiqinin istifadəçiləri sistemdə yarana ciddi texniki nasazlıqlar səbəbindən maliyyə itkiləri ilə üzləşiblər.

XEBER.GE xeber  verir ki, tətbiqin qismən fəaliyyətsiz qalmasına və xidmətdə kütləvi xətaların yaranmasına ukraynalıların Rusiyadakı "Yandex" məlumat bazasını vurması səbəb olub.

Serverlərdə yaranan nasazlıq səbəbindən istifadəçilərin bank kartlarından gedişhaqqı ikiqat, bəzi hallarda isə xidmətdən ümumiyyətlə istifadə edilmədiyi halda belə vəsait tutulub.

Şəbəkə istifadəçiləri 17 lari əvəzinə 26 lari, eləcə də nağd ödəniş zamanı 25 lari əvəzinə 42 lari tutulduğunu, bəzi hallarda isə taksi gəlmədiyi halda kartlardan 13 lari silindiyini bildirirlər.

Məlumata görə, tətbiqin dəstək xidməti (support) işləmir, istifadəçilər aidiyyəti üzrə müraciət edə bilmir və pullarını geri qaytarmaq mümkün olmur.