Zugdidi-Mestia yolunda hərəkət qismən bərpa olundu

Feb 10, 2026 - 09:48
 0  9
Zugdidi-Mestia yolunda hərəkət qismən bərpa olundu

Gürcüstanın daxili dövlət əhəmiyyətli Zugdidi-Cvari-Mestia-Lasdili avtomobil yolunda nəqliyyatın hərəkəti birtərəfli qaydada bərpa edilib.

Xeber.ge xəbər verir ki, bu barədə Gürcüstan Avtomobil Yolları Departamenti məlumat yayıb.

 Bildirilib ki, yolun 52-ci kilometrliyində (Barjaşi kəndi) təmizləmə işləri nəticəsində avtonəqliyyatın hərəkəti üçün şərait yaradılıb. Hazırda bu hissədə nəqliyyat vasitələri dayanmadan keçid rejimi ilə hərəkət edirlər.

Xatırladaq ki, sözügedən ərazidə dağ süxurlarının və qaya parçalarının yola tökülməsi (uçqun) səbəbindən bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tamamilə dayandırılmışdı. Departamentin texnikası və canlı qüvvəsi yolu tam təmizləmək üçün işləri davam etdirir.