Tbilisi hava limanında əcnəbi vətəndaş narkotiklə saxlanılıb
Tbilisi Beynəlxalq Hava Limanında Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs yaxalanıb.
Xeber.ge xəbər verir ki,
Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, sərnişinin əl yükünə baxış keçirilən zaman oradan marixuana və tərkibində psixotrop maddələr olan həblər aşkar edilərək götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq başladılıb. Saxlanılan şəxsi ağır cəza gözləyir.