Tbilisidə etiraz yürüşü keçirilir
Tbilisidə etiraz yürüşü başlayıb.
Vətəndaşlar 26 oktyabr seçkilərinə etiraz edirlər.
Müxalifət liderləri və onların tərəfdarları metronun “Universitet” və “Marcanişvili” stansiyasından yürüş edir. Onların tələbi təkrar seçkilərin keçirilməsidir.
Aksiya iştirakçılarının bir hissəsi Prezident Administrasiyasına doğru yürüş edib, daha sonra yürüşü Filarmoniyaya qədər davam etdiriblər.
Yürüş iştirakçılarının sözlərinə görə, vətəndaşlar aksiyalara qoşulmalıdırlar. Həmçinin aksiya iştirakçıları bildirirlər ki, əsas etiraz MSK-nın seçkilərin yekun nəticələrini açıqlayacağı və Parlamentin ilk iclasının keçiriləcəyi gün olmalıdır.
Yürüş Qəhrəmanlar Meydanında başa çatacaq.
mənbə: interpress