"Yeni viza qaydaları: Gürcüstan vətəndaşları üçün 15 min dollarlıq girov sistemi necə işləyəcək?"
ABŞ-ın Gürcüstandakı səfirliyi viza alınması ilə bağlı qüvvəyə minəcək yeni qaydalar barədə rəsmi izahat yayıb.
Xeber.ge xəbər verir ki,
Məlumata əsasən, 2 aprel 2026-cı il tarixindən etibarən B1/B2 (turist və işgüzar) viza tələblərinə cavab verən Gürcüstan vətəndaşlarından 15 000 ABŞ dollarınadək depozit (girov) ödənilməsi tələb olunacaq.
Müsahibə zamanı konsul zabiti ərizəçiyə viza tələblərinə cavab verib-vermədiyini bildirəcək və həmin şəxsə depozitin ödənilmə qaydası barədə xüsusi təlimat verəcək.
Səfirlik vətəndaşları dələduzluq hallarından qorunmaq üçün aşağıdakı qaydalara əməl etməyə çağırıb:
· Ödəniş vaxtı: Konsul zabiti şəxsən tapşırıq verməyənə qədər heç bir depozit ödənişi edilməməlidir.
· Veb-saytlar: Depozit ödənişi üçün kənar şəxslərin və ya üçüncü tərəflərin veb-saytlarından istifadə etmək qəti qadağandır.
· Məkan amili: Bu tələb müraciətin hansı ölkədəki ABŞ səfirliyinə edilməsindən asılı olmayaraq, bütün Gürcüstan vətəndaşları üçün keçərlidir.
Bəyanatda vurğulanıb ki, depozit ödənilməyənə qədər Gürcüstan vətəndaşlarına B1/B2 vizasının verilməsi texniki olaraq qeyri-mümkün olacaq.
Daha ətraflı məlumat və tez-tez verilən suallarla tanış olmaq üçün səfirliyin rəsmi internet səhifəsinə (