Ksani çayında bədbəxt hadisə: 20 yaşlı gənc həyatını itirdi
Kaspida, Ksani çayında iyirmi yaşadək gənc oğlan boğularaq həyatını itirib. Yerli medianın yaydığı məlumata görə, faciənin ehtimal olunan səbəbi çayın dibindən qum və çınqıl çıxarılması nəticəsində süni şəkildə yaranmış dərin quyudur.
XƏBƏR.GE xəbər verir ki, mövcud məlumatlara görə, gənc kəndə qonaq gəlibmiş. Ehtimal olunur ki, o, suyun dizə qədər olduğunu düşünüb, lakin qəfildən dərin quyuya yıxılaraq oradan çıxa bilməyib.
Müvafiq qurumlar hadisənin təfərrüatlarını araşdırır.