Sameqreloda qonşusunun ata-qızını yaralayan cinayətkar axtarılır

Oct 14, 2026 - 19:40
 0  19
Sameqreloda qonşusunun ata-qızını yaralayan cinayətkar axtarılır

Sameqreloda, Alertkari kəndində silahlı insident baş verib.

XEBER.GE xeber  verir ki, kənd sakini olan bir kişi qonşusu olan ata və qıza bıçaqla xəsarət yetirib. Yaralanan qadının sözlərinə görə, təcavüzkar hücumdan əvvəl ov tüfəngindən də atəş açıb.

Zərərçəkən qadın təcili tibbi yardım avtomobilindən "Mtavari Arkhi" kanalına zəng edərək bildirib ki, ehtimal edilən cinayətkar hazırda polis tərəfindən axtarışda olan şəxsdir. Tərəflər arasında əvvəllər də münaqişə və qarşıdurma yaşandığı bildirilir.

Zərərçəkənlərin səhhəti ilə bağlı ətraflı məlumatlar və Daxili İşlər Nazirliyinin mövqeyi dəqiqləşdirilir.